!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur dünya çempionu dopinqə görə 2 il müddətinə diskvalifikasiya olundu

!Reklam – Yazi

Böyük britaniyalı boksçu Əmir Xan qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.

Yenicag.az Böyük Britaniyanın Antidopinq Agentliyinin (UKAD) rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ilin fevralında həmyerlisi Kell Bruka uduzduqdan sonra dünya çempionunun dopinq testində qadağan olunmuş ostarin maddəsi aşkar edilib.

Proses zamanı 36 yaşlı boksçu komissiyaya bu maddədən qəsdən istifadə etmədiyini bildirib. Sanksiya 2022-ci il aprelin 6-dan hesablanır.

Qeyd edək ki, ötən ilin mayında karyerasını bitirdiyini açıqlayan Əmir Xan 2004-cü ildə 60 kq çəki dəcərəsində Afinada keçirilən olimpiadanın gümüş medalını qazanıb. O, həmin il gənclər arasında dünya çempionluğunu əldə edib.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv