!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur futbolçuya “Bayern” tarixinin ən ağır cəzası verildi

!Reklam – Yazi

“Bayern Münhen” klubunun komanda yoldaşı Leroy Zane ilə dalaşan Sadio Maneni necə cəzalandırdığı açıqlanıb.

Yenicag.az “Bild”ə istinadən xəbər verir ki, 31 yaşlı seneqallı 350 min avro məbləğində cərimələnib.

Bu, “Bayern” tarixində bir futbolçuya kəsilən ən yüksək pul cəzasıdır.

Qeyd edək ki, Mane ilə Zane arasında insident Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan – Almaniya nəhənginin “Mançester Siti”yə 0:3 hesabı ilə uduzduğu səfər qarşılaşmasından sonra yaşanıb. Daha öncə Sadionun bir oyunluq komandadan uzaqlaşdırıldığı da açıqlanıb.

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv