!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi - Bakıda/FOTO
 

!Adviad

Xəbər verdiyimiz kimi Bakının məşhur klinikalarının birində plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Yenicag.az ölümün təffərrüatını əldə edib.

Məlumata görə, ölən şəxs sayca üçüncü plastik əməliyyatını keçirib. TV-lərdə “ulduz”a çevrilən iranlı həkim Sirus Qoçxani sinə böyütmə əməliiyatını 8 min manata edəcəyini bildirib.

Mənbəmiz bildirir ki, Sirus Qoçxani əməliyyat edərkən ürəyə gedən damarı kəsib. Nəticədə isə 1996-cı il təvəllüdlü Turanə Musazadə əməliyyat masasında dünyasını dəyişib.

Qeyd edək ki, bu ölüm hadisəsi Sirus Qoçxaninin ilk “işi” deyil. Bundan öncə də, onun səhvi ucbatından ölüm hadisəsi baş verib. 22 yaşlı model Leyla Oruclu da əməliyyat masasında ölmüşdü. Təəssüf ki, buna baxmayaraq, Qoçxani Azərbaycanda cavan canları almağa davam edir.

 

www.yenicag.az

5984
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100