!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur italyan modeldən Xocalıya dəstək

!Reklam – Yazi

Asia Maione Cozzolino İnstaqram hesabında soyqırımı qınayıb

İtaliyanın paytaxtı Roma şəhərində yaşayan gənc və gözəl model Asia Maione Cozzolino 25 il öncə – 1992-ci il fevralın 26-da erməni işğalçılarının Xocalıda törətdiyi qətliama səssiz qalmayaraq münasibət bildirib və Azərbaycana dəstək olub.

Bu barədə Baymedia.az-a TRT Sporun İtaliya təmsilçisi, İtaliya – Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Kesaplı məlumat verib.

Özünün şəxsi İnstaqram hesabında paylaşdığı mesajda bu qətliamı qınayan maniken “üzücü və dramatik bir olay yaşanıb”, – deyə bildirib. Azərbaycandan gələn bu yöndəki mesaja müsbət reaksiya verərək paylaşım edən məşhur maniken Napoli əsilli və az müddət öncə Romada yaşayan Türk tələbə dostları sayəsində Türkiyənin Fənərbaxça futbol klubunun azarkeşi olması ilə tanınır: “Az müddətdə türk futbolsevərlərinin rəğbətini qazanan və Türkiyədə də böyük maraqla qarşılanan, Twitter və İnstaqramdan Fənərbaxça formasıyla bir birinden gözəl fotolarını paylaşan italyan maniken Asia Cozzolino azarkeşlərin könlündə taxt qurmağı bacarıb. Asiamaico istifadəçi adı ilə istifadə etdiyi İnstagram hesabında çoxsaylı izləyicisi var. Napolili olan 18 yaşındakı gənc və gözəl model Asia Maione Cozzolino az müddətdə türk idmansevərlər arasında fenomen olub”.

D.Kesaplı bildirdi ki, italyan gözəl öz ölkəsində Napoli futbol klubunun tərəfdarıdır: “Ancaq sakini olduğu Romada yaşayan və tanış olduğu türk tələbələr sayəsində Fənərbaxçaya simpatiya duymağa başlayıb. Napoli və Fənərbaxça azarkeşlərinin bir-birinə çox bənzədiyini, istiqanlı tərəfdar olduğunu söyləyən Asia Maione qisa müddətdə İnstaqram və Tweetter hesablarından paylaşımları ilə Türkiyədə Fənərbaxça azarkeşlərinin də sevgisini qazanmağa başlayıb. Hər gün ona Türkiyədən minlərlə mesaj gəlir və o bu yaxınlarda Türkiyəyə dəvət alıb. İtaliya gözəli ilk fürsətdə Türkiyəyə getməyi çox arzuladığını ifadə edib. Gələn yaz tətilini Türkiyədə keçirməyi planlaşdıran və İstanbulda bir Fənərbaxça oyununu izləmək istədiyini bildirən italyan gözəl uşaqlıqdan bəri futbola heyran olduğunu deyib. Xüsusilə də heyranı olduğu Totti, Messi kimi oyunçularla yanaşı, Türkiyədə də Fənərbaxçada forma geyinən Robbin Van Persini yaxından izlədiyini söyləyib”.

Yeniçağ.az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv