!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur meyxanaçıdan SƏRT İRAD: “TikTok”da pula görə yalvarır, az qala…”

!Reklam – Yazi

“TikTok”da oyunlara qoşulub pul qazanan sənət adamları cəmiyyətdə birmənalı qarşılanmır. Üzdə olan insanların “kimlərəsə, az qala, yalvarıb, pul istəməsi” elə sənət cameəsində də sərt tənqidlərə səbəb olub.

Yenicag.az-a açıqlama verən tanınmış meyxanaçı Mehman Əhmədli pul qazanmağı eyib saymadığını, amma sənət adamının pula görə insanlara yalvarıb özünü hörmətdən salmasını pislədiyini deyib:

“Bir var, olmaz, bir də var, olar, amma mən eləmərəm. Mən də “TikTok”da pul qazananlara pis baxmıram, amma özüm bunu etmərəm. Çünki mənlik deyil, özümə yaraşdırmıram. Pul qazanana da pis baxmıram, çünki niyə də sənət adamı pul qazanmasın? Bəlkə, o sənətçinin maddi vəziyyəti yaxşı deyil, yaxud da sadəcə ona bu oyunlar maraqlı gəlir. Buna görə də oyunlara qatılır, pul da qazanır, camaatla ünsiyyətdə də olur və eyni zamanda, oyunu maraqlı edir. Özünü də gündəmdə saxlayır. Bu saat elə bir vəziyyət yaranıb, hamı sosial şəbəkələrdən istifadə edir. Xüsusən də gündəmdə qalmaq üçün sənət adamları bundan istifadə edir. Baxırsan ki, bir videonu, “YouTube”a qoyurlar baxan olmur, “Instagram”da fikir verilmir, amma “TikTok”da “partladır”. Sadəcə fərqli bir durumun şahidi oluruq, illərdir sənətdə olan sənətkar qalıb qıraqda, dünən gələn biri “TikTok”la məşhurlaşır. Yaxud da heç bir sahəyə aidiyyatı olmayan biri hansısa paylaşımı ilə populyar olur. Hamı ondan danışır ki, filan oğlanı, ya qızı tanıyırsan, “TikTok”da partladır e. Mənə gülməli gəlir ki, gör hansı vəziyyətə gəlib çatdıq.

Yenə də deyirəm, “TikTok”da pul qazanana pis baxmıram, o şəraiti yaradıblar, qazanır. Mən sadəcə olaraq “TikTok”da pula görə yalvaran adama pis baxıram. “Tez olun, uduzuram, qoymayın uduzmağa…” – deyən sənət adamı pula görə atdanıb-düşür, özünü min sifətə salır, az qala, saçını yolur, açıq şəkildə yalvarır. Bunları görəndə həmin sənətçi gözümdən çox düşür, bunu ona heç yaraşdırmıram. Normal vəziyyətdə pul qazanmaq eyib deyil, amma, bu, biabırçılıqdır. Heç kimə yarşdırmıram belə hərəkəti. Belə insanlara ciddi adam kimi də baxmıram”.

Cəvahir

www.yenicag.az

2220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv