!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur müğənni İFLİC OLDU - FOTO

!Reklam – Yazi

Məşhur müğənninin əzələləri iflic olub.

Yenicag.az xəbər verir ki, bu barədə Kanadanın 7 Jours nəşri məlumat yayıb. Bildirilir ki, dünya şöhrətli kanadalı müğənni Selin Dionun səhhəti pisləşib.

Onun böyük bacısı Klodett müğənninin Sərt Şəxs Sindromu (SPS) kimi tanınan nevroloji xəstəliklə yorucu mübarizə apardığı haqqında yeni məlumat paylaşıb.

Bir il əvvəl 55 yaşlı kanadalı müğənni Selin Dionda əzələ sərtliyi sindromu diaqnozu qoyulub. Ötən gün müğənninin bacısı bildirib ki, Dion artıq müəyyən bədən hərəkətlərini idarə edə bilmir.

“Onun üz əzələləri üzərində heç bir nəzarəti yoxdur”, – deyə Klodett Dion bildirib.

“Ürəyimi parçalayan odur ki, o, həmişə intizamlı olub. O, çox çalışırdı. Anamız həmişə ona deyirdi: “Yaxşı olacaqsan, hər şeyi düz edirsən”.

Xatırladaq ki, keçən ilin dekabrında 55 yaşlı müğənni sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulduğunu və qarşıdan gələn konsertlərini ləğv etdiyini açıqlamışdı.

Daha sonra, may ayında Dion gücünü bərpa etmək üçün çox çalışdığını qeyd edərək, dünya turunun qalan tarixlərini dəyişdirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, SPS – naməlum etiologiyalı olduqca nadir nevroloji sindromdur, xəstədə ümumi əzələ sərtliyinin artması müşahidə olunur.

Xuraman Etibarlı

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv