!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur müğənni və ərinə cinayət işi açılmayacaq - İstintaq Komitəsi İMTİNA ETDİ

!Reklam – Yazi

Alla Puqaçova və ərinə qarşı cinayət işi açılmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, İstintaq Komitəsi estrada ulduzu, Rusiya və SSRİ-nin Xalq artisti Alla Puqaçova və tanınmış şoumen Maksim Qalkinə qarşı Rusiya ordusuna qarşı saxtakarlıq maddəsi ilə iş başlamaqdan imtina edib.

Bundan bir müddət əvvəl ictimai fəallar onların Rusiya ordusuna qarşı saxtakarlıqlarının olub-olmadığını yoxlamaq xahişi ilə İstintaq Komitəsinə müraciət ediblər.

Komitə materialları Moskvanın Daxili İşlər Nazirliyinin Baş İdarəsinə qaytarıb. Bunun üçün heç bir səbəb tapılmayıb.

“İstintaq Komitəsi Alla Puqaçova və Maksim Qalkinə Rusiya ordusuna qarşı saxtakarlıq maddəsi ilə cinayət işi başlamaq üçün əsas tapmayıb”, – TASS polisdəki mənbələrə istinadən xəbər verib.

Qeyd edək ki, müğənninin paylaşdığı hansı məlumatın yoxlanıldığı açıqlanmır. Qalkinin işində şöbə Odessada bir evin atəşə tutulması ilə bağlı videonu və “Rusiya hökuməti və Rusiya ordusu ilə bağlı mənfi bəyanatları” yoxlayıb.

Xuraman Etibarlı

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv