!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur müğənni xarici agent ELAN OLUNACAQ

!Reklam – Yazi

Dövlət Duması Puqaçovanı xarici agent kimi tanımağa çağırıb.

Yenicag.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.

O, Alla Puqaçovanın xarici agent kimi tanınmasına çağırış edib.

Deputat bildirib ki, müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması lazımdır ki, o, artıq Rusiya Federasiyasından pul ala bilməsin.

“Mən bütün utanmaq hissini itirmiş Puqaçovanın nəhayət xarici agent kimi tanınmasını tələb edirəm. Ona görə ki, o, artıq nifrət etdiyi Rusiyadan pul ala bilməsin, burada konsertlər təşkil edə bilməsin, qonorar almasın”, – deyə Juravlyov bildirib.

Martın 7-də bildirilib ki, “Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə” (FPBC) fəalları Alla Puqaçovanın xarici agent kimi tanınması xahişi ilə Rusiyanın baş prokuroru İqor Krasnova müraciət ediblər.

Qeyd edək ki, bundan əvvəl Puqaçova ölkəni tərk edən sənətçilərin Rusiyaya qayıtmamalarını tövsiyə edib.
O, “normal adamlar Rusiyaya qayıtmaz” deyib.

Xuraman Etibarlı

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv