!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur olimpiya çempionu işğalçılarla əməkdaşlıq edir – İTTİHAM

!Reklam – Yazi

Ukraynanın tanınmış idmançısının Rusiya işğalı altında olan ərazilərdə iş qurduğu bildirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna qəhrəmanı, şüvüllə hündürlüyə tullanmaq üzrə olimpiya çempionu, hazırda Ukrayna Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin üzvü Sergey Bubkaya və qardaşına məxsus şirkətlər Rusiya işğalı altında olan Donbas regionunda fəaliyyətlərini genişləndirirlər.

Məlumata görə, bu barədə məlumatlar hələ iki ay əvvəl ictimailəşsə də, Bubka haqqında yayılan iddialara hər hansı şərh verməkdən yayınır.

Qeyd olunur ki, olimpiya çempionuna məxsus şirkətlərdən biri “yanacaq talonları”nın satışını həyata keçirir. Həmin şirkət iyulun sonlarında Donetskdəki separatçı rejimin “xəzinədarlığını” yanacaqla təmin olunması ilə bağlı müqavilə də imzalayıb.

Bundan başqa, Bubkanın yaratdığı idman klubu separatçı rejimin “daxili işlər nazirliyi” ilə rezin lövhələrin satışına dair saziş bağlayıb. Maraqlıdır ki, keçmiş idmançı ilə yanaşı, MOK rəsmiləri də bu barədə danışmaq istəmirlər.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv