!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur qəzəlxan: “Belə şeylər meyxana sənətini gözdən salır”

!Reklam – Yazi

“Meyxanada söyüşün əleyhinəyəm. Olmaz, ayıbdır…”.

Bunu tanınmış qəzəlxan və meyxanaçı Mahir Cürət Yenicag.az-a açıqlamasında deyib.

O, deyişmələr zamanı işlədilən söyüş və təhqirlərin meyxana sənətinə kölgə saldığını bildirib:

“Meyxana bədahətən söz sənətidir. Zaman-zaman insanlar arasında sevilib və məşhur olub. Bəzən deyişmələr zamanı söyüş, təhqirlərdən də istifadə olunur ki, buna qarşıyam. Mən özüm heç vaxt buna yol verməmişəm. Bu, meyxana sənətini gözdən salır. Gənclər, yeniyetmələr belə meyxanaları dinləyən zaman onların psixologiyasına mənfi təsir göstərir. Bu, hətta kriminal hadisələrə gətirib çıxara bilər.

Bəzən ustadlarımızın da vaxtilə meyxana dedikləri vaxt söyüş və təhqirlərə yol verdiklərini irad tuturlar. Həmin vaxt videoçəkilişlər, sosial şəbəkələr yox idi. Hansısa məclisdə 3-5 nəfərin əhatəsində olan deyişmələr elə orada da qalırdı. O meyxanalar geniş kütlə üçün səslənmirdi. Amma indi internet dövründə yaşayırıq, sosial şəbəkələr var. Hansısa bir mahnı, yaxud da meyxana sürətlə sosial şəbəkələrdə yayılır və təbliğ olunur. Gənclər, yeniyetmələr belə meyxanaları dinləyib, pis nəticə çıxarır. Buna görə də diqqətli olmalıyıq. Gəncləri vətənpərvər ruhda tərbiyələndirən meyxanalara geniş yer verməliyik”.

Cəvahir

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv