!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur rejissorla bağlı MARAQLI FAKT: "Bir tikə yemək, bir qullab siqaret..." - Xalq artisti illər sonra açıqladı

!Reklam – Yazi

Bu gün Azərbaycan milli kinomuzun inciləri sayılan “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmlərin yaradıcısı, XX əsrin ən böyük rejissoru kimi adını kino tarixinə yazdıran Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun doğum günüdür.

Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva rejissorla bağlı xatirələrini Yenicag.az-la bölüşüb.

Xalq artisti Ocaqovu həm rejissor, həm də bir insan kimi xarakterizə edib:

“Rasim Ocaqov kino tarixinə adı böyük hərflərlə yazılası sənətkardır. Azərbaycan kino tarixini yaradanlardan biridir. Rasim müəllim ömrü boyu öz peşəsinə sadiq bir rejissor olub. Həmişə öz peşəsinə layiq olmağa çalışardı. O istəyirdi ki, peşəsini yüksəklərə qaldırsın. Bu, bütün filmlərində aydın görünür. Rejissor filmləri ilə tamaşaçının dünyagörüşünə birbaşa təsir edib katarsis yaradırsa, deməli, istedadlı rejissordur. O da belə istedadlı rejissor idi.

Çəkiliş meydançasında çox ciddi idi. Bir kadrı ən azı doqquz dubl çəkirdi. Ona görə yox ki, özünə güvənmirdi, sadəcə, çox məsuliyyətli insan idi. Birinci dublu da doqquzuncu dubl səviyyəsində olurdu. Ailəsini də peşəsi qədər sevirdi. Bunun tərsini də demək olar, peşəsinə də ailəsi qədər sadiq idi.

Onun bir boz pencəyi var idi, işə də, toya-bayrama da onu geyinərdi. Həyat yoldaşı deyirdi ki, bu qədər paltarın var, niyə dəyişmirsən? Deyirdi, bu pencəkdə özümü rahat hiss edərim.

Doğrudan da insanın geyindiyi paltar ona rahatlıq vermirsə, onu heç geyinməsə yaxşıdır. Rasim Ocaqov həqiqətən də böyük sənətkar idi”.

Aktrisa rejissorla ilk tanışlığından da tanışıb:

“Rasim Ocaqov sadə və səmimi insan idi. O, məni “Nəsimi” filmində görüb bəyənmişdi. Hətta həyat yoldaşı Sveta xanım deyirdi ki, Rasim səni filmdə görüb o qədər bəyənib ki, gəlib evdə səndən danışırdı. Buna görə də məni “Tütək səsi” filmində Milli roluna dəvət etdi.

Rasim müəllimin kabinetinə dəvət etdilər. Dəhşət çox siqaret çəkən insan idi, hətta kabinetinə daxil olanda gördüm otaq duman içindədir. Sanki məni yüz ildir tanıyırmış kimi çox səmimi bir tərzdə dedi, Xalidə hələ girmə içəri, qoy havanı dəyişim. Hətta çörək yeyəndə də siqaret çəkirdi. Bir tikə yemək yeyirdi, bir qullab siqaret vururdu. Mən içəri girəndə sözü qısa və kokret oldu. Dedi ki, səni Milli roluna çəkəcəm. Milli mənim yaradıcılıq həyatımda xüsusi önəm daşıyan bir obrazdır”.

Qeyd edək ki, Rasim Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Cəvahir

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv