!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oteldə susuz qalan şahmatçı ilə bağlı rəsmi açıqlama - YENİLƏNDİ

!Reklam – Yazi

Dünya Kuboku üçün Bakıya gələn və qaldığı oteldə susuz qalan şahmatçı Hikaru Nakamura oteli özü seçib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.

“Otel təşkilatçı tərəfindən seçilmir, şahmatçı Hikaru Nakamura özü seçib və xərclərini də özü qarşılayır. Proses hər zaman bu formada olur. Şahmatçılara 4-5 otel təklif olunur və onlar da öz büdcələrinə və zövqlərinə uyğun otel seçirlər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, şahmatçı Hikaru Nakamura Bakıda qaldığı oteldə susuz qalmasından şikayətlənmişdi.

***

15:52

Məşhur amerikalı şahmatçı Hikaru Nakamura Bakıda susuz qalıb.

Yenicag.az xəbər verir ki, məşhur qrossmeyster Bakıda qaldığı oteldə qarşılaşdığı problemlə bağlı Twitter səhifəsində yazıb.

“Nəhayət FİDE Dünya Kuboku üçün Bakıdayam. Amma duşdan su gəlmir”, – Nakamura bildirib.

Əldə etdiyimiz məlumata görə, Nakamura “Boulevard Marriott” otelində qalır.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv