Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur sənətçi Etnospor Mədəniyyət Festivalı konsertində orkestri idarə etdi

Bilal Ərdoğanın rəhbərlik etdiyi Dünya Etnospor Konfederasiyası tərəfindən bu il ikincisi təşkil edilən Etnospor festivalında TRT Türk Dünyası musiqi birliyi təntənəli bir konsertə imza atıb.

Mədəniyyət və Turizm Nazirliyi Türk Dünyası Musiqi Birliyi ümumi sənət rejissoru, məşhur tarzən Abdullah Qurbaninin şeflik etdiyi konsertdə qardaş birliklərin milli musiqi nümunələri səsləndirilib. Hər yaşdan olan tamaşaçıların böyük maraq göstərdiyi konsertin sonunda Yeniçağ.az-a danışan sənət rejissoru Abdullah Qurbani bunları söyləyib:

festival

“Keçən il də eyni konsertdə bizim orkestr yüksək səviyyədə iştirak etdi. Beynəlxalq səviyyədə hər il daha irəliyə getdiyinə görə rəhbərliyini cənab Bilal Ərdoğanın etdiyi Dünya Etnospor Konfederasiyasını təbrik edir və minnətdarlığımı bildirirəm. Qardaş birliklər və qruplar bu cür mədəniyyət tədbirləriylə daha çox qaynayıb qarışacaq, özlərini bir-birlərinə daha yaxın hiss edəcəklər “.

festival2konser

1987-ci ildən bəri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif addımlarında türk mədəniyyətinin inkişafına dəstək verən məşhur sənətçi Abdullah Qurbani, 1970-ci illərin əvvəllərində Bakıda Asəf Zeynallı adına ali musiqi məktəbinin tar sinfindən müvəffəqiyyətlə məzun olub. Məşhur müğənni İslam Rzayevin orkestrində sənət rejissoru kimi çalışam Qurbani, 1982-ci ildə Azərbaycandan getsə belə, Bakı ilə əlaqələrini heç vaxt itirməyib. Sənətkar otuz ildən bəri Türkiyədə professional musiqinin cəmiyyətdə daha çox özünə yer tapması üçün əmək sərf edir.

Yeniçağ.Az

www.yenicag.az

533
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100