!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur serial FİNAL ETDİ - “Bitməsin” deyənlərin sayı...” - Rejissor

!Reklam – Yazi

6 ildir yayımlanan Xəzər TV-də yayımlanan “Ata ocağı” serialı final edib.

Bunu Yenicag.az-a açıqlamasında serialın rejissoru Rüfət Şahbazov deyib:


“Bizim 6 illik “Ata ocağı” serialımızın finalı 2 avqust kino gününə təsadüf etdi. Ümumi olaraq 1234-cü bölüm oldu. Serialın bitməsi normaldır. Ömrümüzün axırına qədər “Ata ocağı” serialı çəkəsi deyildik. Altı il çox uzun bir mərhələ oldu.

Hələlik ən uzun müddətli günlük dram serialı bizdədir. Əsas odur ki, serialda çatdırmaq istədiklərimizi çatdırdıq. Tamaşaçı sona qədər serialı bəyəndi. “Tez bitsin”, deyənlər də var idi, amma “bitməsin” deyənlərin sayı da həddən artıq çoxdur. Amma bitməliydi. Sevindik ki, bu serialı biz sona qədər davam etdirdik, yarıda kəsilmədi, pik həddə bitdi.

Bütün aktyorlarıma, yaradıcı heyətə və seriala bu günə qədər dəstək olan bütün şəxslərin hamısına təşəkkür edirəm. Ən əsası tamaşaçılara minnətdaram ki, reytinq çox yüksək idi deyə, ildən-ilə bitməsinə imkan vermədilər, bizi sona qədər izlədilər.

Bizim baş ssenaristimiz Valeh Əhmədovla Qələm qrupu, prodüserimiz Amiran Babayev sağ olsunlar, hər insanın hünəri üçün deyil ki, 1234 seriya çəksin. Onlar yazdı, biz quruluş verdik, çəkdk, efirə verdik, tamaşaçı da sevdi. Xəzər TV, rəhbərlik də daim bizə dəstək oldu. Prodüserimiz Amiran Babayevlə daha böyük layihələrimiz var”.

Cəvahir

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv