!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur serial yenidən EFİRDƏ: Hansı aktyorlar serialı TƏRK ETDİ?

!Reklam – Yazi

“Bir qadın” serialı beşinci mövsümə start verib.

Bunu Yenicag.az-a açıqlamasında serialın rejissoru Şahin Qəhrəman deyib.

 

Əvvəlki mövsümlərdən fərqli olaraq yeni mövsümdə əksər aktyor heyəti yenilənib.

“Yeni aktyorlarla davam edirik. Köhnə obrazlardan yalnız Gülzar, onun gəlini Səmayə və xəstə oğlu oğlu Tərlan qalıb. Əvvəlki bölümlərdə oynayan aktrisa Rada Nəsibovanı yenidən seriala qaytardıq. Hadisələr 3 yeni ailə arasında cərəyan edəcək. Düşünürəm ki, yenə də serialımız reytinqlərdə birinci olacaq. Çünki həddən artıq tamaşaçı zəngləri var idi, hər kəs serialın nə vaxt davam edəcəyini, oradakı qəhrəmanların taleyi ilə maraqlanırdı. Elə yenidən serialı davam etdirməyə də buna görə qərar verməli olduq. Tamaşaçılar serialı yenə də ATV kanalında izləyəcəklər”.

Qeyd edək ki, əvvəlki bölümlərdə serialda rol alan aktyor heyəti yenilənib – Anar Heybətov, Əjdər Zeynalov, Güşvər Vəliyeva, Şəbnəm Əlyeva, Ləman İmanova, Şəms Allahverdiyeva və digərləri serialı tərk edib”.

Cəvahir

www.yenicag.az

1149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv