!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur şirkət böyük ixtisarlar edəcək - SƏBƏBİ açıqlandı

!Reklam – Yazi

Dünya üzrə 79 min işçisi olan “Philips” 4 min əməkdaşını işdən çıxaracaq.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bu barədə şirkətdən 2022-ci ilin üçüncü rübündəki satışları ilə bağlı verdiyi açıqlamada məlumat verilib.

Məlumata görə, Hollandiya mərkəzli texnologiya şirkətinin satışları və sifarişlərinin azalması səbəbindən 400-ü Hollandiyada olmaqla, qlobal miqyasda 4000 işçi işindən azad olunacaq. Belə ki, şirkətin dövriyyəsinin 2022-ci ilin üçüncü rübündə 5 faiz azalaraq 4,3 milyard avroya düşdüyü və bu dövrdə 1,5 milyard avro itirdiyi qeyd edilib.

“Philips”in Baş İcraçı Direktoru (CEO) Roy Jakobs bildirib ki, kütləvi ixtisara gedilmənin şərt olduğunu qeyd edib:

“İtirilmiş müştəri etibarını bərpa etmək, təchizat zəncirində səmərəliliyi artırmaq və biznes əməliyyatlarını sürətləndirmək lazımdır. Buna görə də asan olmasa da, 4000 işçinin işi dərhal dayandırılmalıdır”.

Gülşən

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv