!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur şirkətin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var

!Reklam – Yazi

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində “Hyundai” markalı mikroavtobus qəza törədib.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: “Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb”.

Hüquq-mühafizə orqanlarından “Report”a bildirilib ki, qəza nəticəsində xəsarət alanlar “METAK” şirkətinin əməkdaşları olub. Mikroavtobus da həmin şirkətə məxsus olub.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv