!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur türk serialı FİNAL EDİR: Artıq bu kanalda yayımlanmayacaq

!Reklam – Yazi

“Camdaki Kız”, “Üç Kız Kardeş”, “Yargı” və “Arka Sokaklar”la vidalaşacaq “Kanal D” daha bir serial üçün son qərarını verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 2 mövsüm davam edən “Hicran” serialı ekranlarla vidalaşır.

Prodüseri Dilək Yorulmaz və Erol Dəmir olan serial qızına qovuşmaq üçün çətin maneələri dəf etməyə çalışan bir ananın təsirli hekayəsindən bəhs edir. “Yedinci koğuştaki mucize” filminin mini ulduzu Nisə Sofiya Aksonqur, Elçin Zəhra İrəm, Berk Bakioğlu, Yağmur Çokgənc və ustad aktyorlar Məlda Aratla Yaşar Üzərin rol aldıqları serial 160-cı bölümü ilə ekranla vidalaşacaq.

İspaniya, Rumıniya, İsrail, Latın Amerikası ölkələrinə satılan “Hicran” serialı bir-birinin ardınca əvvəlcə Meksikada, daha sonra Puerto Rikoda, son olaraq isə ABŞ-də “Inter Medya” və “Telemundo”da yayımlanacaq.

Sadiq Cavadov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv