Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Məşhur türkiyəli yazar Bakıya heyran oldu: “Qədim və yeni binaları ilə Bakı Avropa ölkəsini xatırladır” - FOTOLAR

Məşhur türkiyəli yazar Ertuğrul Özkök Bakı ilə bağlı təəssüratlarını qələmə alıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazar Azərbaycana səfəri zamanı Bakıya heyran olduğunu ifadə edib.

Türkiyənin tanınmış rəssam və heykəltəraşı Ahmet Güneştekinin oktyabrın 4-də Bakıda gerçəkləşən “Belleğin Alfabesi” adlı sərgisinin açılışı üçün ölkəmişə səfər edən Özkök ilk öncə Heydər Əliyev Mərkəzinə vurğunluğunu qeyd edib. O, mərkəzi estetik bir möcüzə, memarlığın şah əsəri adlandırıb.

Yazar sözügedən memarlıq nümunəsinin müəllifi olan dünyaca məşhur Zaha Hadiddən bəhs edib. Sərginin açılışından əvvəl binanın ətrafında dolaşan yazar onu ABŞ-ın Nyu-York şəhərindəki məşhur Quqqenhaym Müzeyi ilə müqasiyə edib. Zaha Hadidin əsərinin daha möhtəşəm olduğunu qeyd edib.

Özkök belə bir memarlıq nümunəsinin ərsəyə gəlməsində Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirib.

“Sərgiyə birinci vitse-prezident Mehriban Əliyeva və qızları da qatıldı.

Mehriban Əliyeva doğrudan da çox gözəl bir xanımdır. O, bu günə qədər Mərkəzdə keçirilən ən izdihamlı sərgi olduğunu dedi”, – Özkök təəssüratlarında belə qeyd edib.

Səhərlər dəniz kənarında yürüşə çıxan Ertuğrul Özkök çiçəklərin qoxusunun hər tərəfi bürüdüyünü və insanda xoş hislər yaratdığını vurğulayıb.

Özkök Bakını Avropa şəhərləri ilə müqayisə edib:

“Bakıya sonuncu dəfə səfərimdən 10 ildən artıq vaxt keçib. İnanılmaz bir dəyişikliyin şahidi oldum. Qədim və yeni binaları, geniş yolları ilə Bakı Avropa ölkəsini xatırladır. Gecə şəhərə işıq saçan “Alov qüllələri” memarlıq nümunəsi olaraq məni çox təsirləndirdi”.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı ibadət otaqları da yazarı təəccübləndirib.

O, ibadət otaqlarının təkcə İslam dininə məxsus insanlar üçün deyil, fərli dinlərin nümayəndələri üçün də nəzərdə tutulmasına diqqət çəkib.

Bunu incə, eyni zamanda çox gözəl bir məqam kimi dəyərləndirib.

Yazı ilə ətraflı bu linkdən tanış ola bilərsiniz. http://www.hurriyet.com.tr

 

www.yenicag.az

2595
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM