!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR: "Pis olduğunu dünəndən bilirdik"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, AzTV-nin xəbər aparıcısı Natəvan Babayeva uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bir çox məşhur aparıcılar televiziya ulduzunun vəfatı ilə bağlı sosial şəbəkə hesablarında baş sağlığı veriblər.

Lamiyə Ələkbərova: 

“Əziz dostum, savadlı jurnalist, çox dəyərli xəbər aparıcımız Natəvan. Allah sənə rəhmət eləsin, gözəl bacım. Bu nə vaxtsız ölüm? Bu nə pis xəbər? Çox pis olmuşam. Sağalmağını gözləyirdik axı. Mənim səmimi, mədəni, ağıllı, təmkinli, gəşəng dostum. Bizi belə tez tərk etmək də varmış. Məkanın cənnət olsun, Natəvan”

Aytən Səfərova:

“Çox pis oldum, Natəvan. Məkanın cənnət olsun. Son dəfə səninlə danışanda, səsində ümid vardı. Amma o ümid bu gün son nəfəslə getdi. Sən yaxşı insan, həmkar idin. Allah rəhmət eləsin! Natışım…”

 

Lalə Azərtaş:

“O gün görüşmək istədim. Azad həkim (Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli – red.) dedi ki, artıq Natəvan evə buraxılıb. Sonra dedi ki, müvəqqəti yaxşılaşdı. Çox heyif bu gözəl xanıma. Allah rəhmət eləsin! Yeri cənnət olsun”.

 

Məşhur stilist Samir Əliyev – Samiraldo isə Natəvanın ötən axşamdan vəziyyətinin pis olduğunu bildiyini söyləyib:

“Dünən axşamdan bilirdim, amma inanırdım ki, yaxşı olacaq”.

 

Qeyd edək ki, Natəvan Babayeva uzun illər keçmiş ANS televiziyasında xəbər aparıcısı kimi çalışıb. Bizim.Media

 

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv