!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Məşhursan, amma o demək deyil ki, sevilirsən” - Aktyordan QINAQ ATƏŞİ

!Reklam – Yazi

“Bəzi sənət adamlarına elə gəlir ki, məşhurluq sevilmək deməkdir…”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor İlqar Musayev deyib.

Aktyor populyar olmaq üçün sosial çəbəkələrdə bir videogörüntünün, hansısa bir seriala çəkilməyin, efirə çıxmağın kifayət etdiyini, lakin bunun sevilmək üçün şərt olmadığını bildirib:

“Populyar olmaq sevilmək demək deyil. Çoxları populyarlıqla sevilməyi qarışdırır. İndiki dövrdə hansısa bir roliklə, videogörüntü ilə, müqavilə bağlayıb, seriala çəkilməklə efirə çıxmaq o demək deyil ki, tamaşaçı səni sevir. Bu gün hər adam məşhur ola bilər. Amma populyarlıq başqa, sənətkar kimi sevilmək başqa. Sənətkar kimi sevilənləri hamımız tanıyırıq. Hər populyar olan adam o demək deyil ki, sevilir”.

Aktyor sənət adamlarını tamaşaçı ilə davranışlarında diqqətli olmağa səsləyib:

“”Mən məşhuram”, “mən sevilirəm” deyən insanlara demək istəyirəm ki, küçədə, tədbirdə kimsə sənə yaxınlaşıb ünsiyyət qurmaq istəyəndə, həmin şəxslərlə səmimi olun, özünüzü çəkməyin, onlara yuxarıdan aşağı baxmayın.

Biz, sənət adamları insanların evinə icazəsiz gələn qonaqlarıq. Hər televizoru açanda bizi görürlər. Bizim necə gülməyimizı, necə ağlamağımızı, nə dərəcədə səmimi olub-olmadığımızı da gözəl bilirlər, bunu hiss edirlər. Çünki tamaşaçını aldatmaq mümkün deyil.

Mən öz adıma deyirəm, kimsə şəhərdə mənə yaxınlaşıb salamlaşanda, təəssüratlarını bölüşmək istəyəndə onunla mehriban davranmalıyam, hörmət-izzətlə dinləməliyəm, ona zaman ayırmalıyam. Bu, mənim borcumdur. Dəxli yoxdur, ovqatım necədir, əsəbiyəm, kədərliyəm, ya hansısa problemə görə sıxıntı içindəyəm…

Hər bir tamaşaçı böyük dəyərdir, onları itirmək olmaz. Bizi biz edən də elə tamaşaçılardır”.

Cəvahir

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv