!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşqdə ehtiyatsızlıq bu zədələrə SƏBƏB OLUR

!Reklam – Yazi

Sağlam olmağın yolu müntəzəm idmandan keçir. Ancaq məşq planı üçün insanın sağlamlıq vəziyyətini və yaşını nəzərə almaq mütləqdir. Çünki şüursuz idman sağlamlıqda ciddi problemlər yaradır.

Yenicag.az idman zamanı zədələnmələrin qarşısını almaq üçün aparılan araşdırmanı oxuculara təqdim edir.

İdman etmək immun sistemini gücləndirməkdən tutmuş insana əhəmiyyətli faydalar verir. Buna görə də uzun və sağlam bir həyat üçün idmanın gündəlik rejimə daxil edilməsi tövsiyə olunur.

7-dən 70-ə qədər hər kəs üçün lazım olsa da, hər şeydə olduğu kimi idman edərkən də ehtiyatlı olmaq lazımdır. Sosial mediada saysız-hesabsız məşq videoları və tövsiyələri var. Ancaq bu məşqlər bəzən xeyirdən çox zərər verə bilər. Bu zaman insanlar öz potensialını fikirləşərək hərəkət etməlidirlər.

Araşdırmalar xərçəng, diabet, iflic, infarkt, alzheymer, depressiya və astma kimi bir çox xəstəliyin idmanla əhəmiyyətli dərəcədə azaldığını göstərir.

İnsanın yaşı, fiziki vəziyyəti, insanın xroniki xəstəlikləri, psixoloji durumu nəzərə alınmaqla edilən məşqlər faydalıdır. Xüsusilə hər hansı oynaq problemi olanlar həkim nəzarəti altında idman etməlidir. Əks halda, insanın diz ağrıları arta, ürək təzyiqi ilə bağlı problemlər daha pis nəticələrə səbəb ola bilər.

Fiziki aktivliyi artırarkən insanın dayaq-hərəkət sistemindən başqa digər orqanlarının da, məsələn, ürək-damar və ağciyərlərin xroniki xəstəlikləri nəzərə alınmalı, buna uyğun məşq proqramı təşkil edilməlidir.

Heç bir sağlamlıq problemi olmayan insanlar üçün həftədə ən az 3-4 gün 30-45 dəqiqə gəzmək vacibdir. İntensiv və uzun gəzintilər yox, gün ərzində bir neçə dəfə təkrarlanan qısa gəzintilər insan sağlamlığı üçün daha faydalıdır.

Məşqlərin əvvəlində və sonrasında isinmə hərəkətləri oynaqları zədələnmədən qoruyur.

Nəsimi Ələsgərli

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv