Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Messi “Barselona”dan gedir

Reklam: Sinerji Pro

Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəlib.

Yenicag.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu bu barədə rəhbərliyə məlumat verib.

33 yaşlı hücumçu müqaviləsindəki xüsusi bənddən istifadə edərək sözləşməsini birtərəfli şəkildə pozmaq fikrindədir. Amma “Barselona” təcrübəli oyunçunu heyətdə saxlamaq üçün bütün gücünü səfərbər etməyi planlaşdırır.

Messi sonuncu dəfə “Barselona” ilə 2017-ci ildə müqavilə yeniləyib. Onun Kataloniya klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Lakin müqaviləyə əsasən futbolçunun bir il öncədən azad agent statusu ilə ayrılmaq hüququ da var. Belə olan halda onun keçəcəyi klubun “Barselona”ya 700 milyon avro təzminat ödəməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Messi ilə İngiltərənin “Mançester Siti”, “Mançester Yunayted” klubları, Fransa PSJ-si və İtaliya “İnter”i yaxından maraqlanır.

www.yenicag.az

1969
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100