!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Messi ilə Ronaldu yenidən qarşılaşa bilərlər

!Reklam – Yazi

Lionel Messi ilə Kriştianu Ronaldu yenidən qarşılaşa bilərlər.

Yenicag.az xəbər verir ki, ulduz futbolçuların formasını geyindikləri Argentina və Portuqaliya yığmalarının yoldaşlıq görüşündə üz-üzə gəlmək variantları yaranıb.

UEFA və CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina millisi 2024-cü ilin martında yoldaşlıq görüşü üçün Portuqaliya və İngiltərə komandaları arasında seçim etməli olacaq.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə bu ilin yanvarında üz-üzə gəliblər. Həmin vaxt argentinalının formasını geyindiyi Fransa PSJ-si yoldaşlıq görüşündə portuqaliyalının şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”i 5:4 hesabı ilə məğlub edib./report

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv