!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanət keçmişindən danışıb KÖVRƏLDİ: “Ailəm dağıldı, iki uşaqla…”

!Reklam – Yazi

“Çox ağır günlər yaşadım. Yaşadığım mühit elə idi ki, inana bilmirdim, mənə oxumağa icazə verəcəklər, ya yox?”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Mətanət İsgəndərli keçmiş həyatında yaşadığı iztirablardan danışarkən deyib.

Sənətçi çox gənc ikən həyat yoldaşından boşandığını və iki uşaqla keşməkeşli həyata atıldığını kövrələrək deyib:

“Həmişə gözlərimdə kədər olub. Bunu mənə dəfələrlə deyiblər ki, Mətanət, gözünün içində dərin kədər yatır. Çox erkən ailə həyatı qurmuşdum. Ailəm dağılmışdı və iki uşaqla qalmışdım. Ailə həyatı, ailədaxili problemlər görmüşdüm, yetəri qədər əziyyətlər çəkmişdim, amma onda hələ həyata atılmamışdım. Həyata atılmalı, gənc ikən ayaqlarım üstə durmalı, mübarizə aparmalı, övladlarımı böyütməliydim. Çiyinlərimdə artıq yük var idi. Təsəvvür edin, mənim iki uşağım var idi, mən İncəsənət İnstitutuna daxil oldum”.

Sənətçi qalmaqallardan da danışıb:

“Həmişə məni qalmaqala çəkiblər. Amma mən qalmaqal, dava-dalaş adamı deyiləm. Həmişə qalmaqaldan qaçmışam. Evimdə də yanımda kimdənsə danışanda demişəm, danışmayın”.

Cəvahir

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv