!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanətdən İRAD: “Yutub”da, nə qədər istəyirsən “partlat”, amma efirə çıxma”

!Reklam – Yazi

“Gedin oxuyun Yutubda, nə qədər istəyirsiz oxuyun, “partladın”…”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva deyib. O, sənəti olmayan, bayağı mahnılarla gündəmə gələn müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.

Mətanət həmkarlarını da qınayıb:

“Bir ay reytinqiniz olmasın, iki ay reytinqiniz olmasın, axırda o tamaşaçılar bu istiqamətə – keyfiyyətli musiqiyə yönələcək. Onları yönləndirmək lazımdır. “Cıkkı-pıkkı”, “cücülü-bücülü” mahnıları elə “Yutub”da oxuyun.

Mən efirdə keyfiyyətli mahnıları dinləyəndə zövq alıram. Hər şeyin öz yeri var. Oxusunlar Yutubda, nə qədər istəyirlər partlatsınlar, lap 40 milyon, 100 milyon baxışı olsun…

O qədər gözəl səsli müğənnilər var ki… Bir şey olmamış deyirlər, xalq bu musiqiləri istəyir. Xeyr, elə deyil. Zövqümüzü niyə korlayaq axı?”.

Aparıcı elə müğənnilərin öz verilişinə də gəldiklərini deyib:

“Elə insanlar bizim də efirimizə gəlir. Gözümüz üstə yerləri var. Çünki efirlərimiz çoxdur, deyirlər bura olmasın, başqa kanal olsun. Amma bir az da intellektimiz olsun ki, biz dəvət etdiyimiz qonaqla söhbət edə bilək. Gəlirlər, nə danışım onlarla?”

Cəvahir

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv