!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanətlə müğənni arasında SÖZ ATIŞMASI: “Qazancınızı niyə gizlədirsiniz?”

!Reklam – Yazi

“Vallah, gəlib əlinizdən alan olmayacaq, nəyiniz varsa, Allah qismət eləsin, lap artıq olsun”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva “Gül kimi şou”da deyib.

Verilişdə qazanclarını gizlədən yerli sənətçiləri qınaq atəşinə tutan aparıcıya Elçinin reaksiyası sərt olub.

Mətanət “Rusiyada, Türkiyə və digər ölkələrdə sənətçilər öz gəlirlərini rahat şəkildə açıqlayır. Hətta qabaqcadan deyirlər, yeni ildə bu qədər gəlirim olacaq.

Niyə bizdə müğənnilər öz gəlirlərini gizlin saxlayır? Vallah, gəlib əlinizdən alan olmayacaq. Nəyiniz varsa, Allah qismət eləsin, lap artıq olsun”, deyə bildirib.

Aparıcının bu sözlərinə Elçin belə cavab verib:

“Bizdə o qədər qazanc yoxdur axı. Müğənnilərimiz qiymətləri çox şişirdirlər. Bu da ümumi hamımızın adından gedir.

Deyirlər, müğənnilər belə danışır, elə danışır. Ümumiyyətlə, o barədə danışmasan, yaxşıdır”.

Nehru

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv