!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbəximiz niyə dünya yeməkləri siyahısına düşmür? - Turizm Agentliyinə qarşı sərt İTTİHAM

!Reklam – Yazi

“Azərbaycan Dövlət Turizm Agentliyi yarandığı gündən bəri Azərbaycan Milli Kulinariya Assosiyasiyasının və Mərkəzinin verdiyi heç bir təklifi dəstəkləmədi”.

Yenicag.az xəbər verir ki, bu fikri tanınmış diaspor aktivisti Bülent Gürcamın Azərbaycan yeməklərinin təbliği ilə bağlı çağırışına reaksiya verərkən Azərbaycan Milli Kulinariya Assosiyasiyasının və Mərkəzinin sabiq baş direktoru, məşhur kulinar Tahir Əmiraslanov deyib.

T.Əmiraslanov Azərbaycan Dövlət Turizm Agentliyini hədəfə alaraq Azərbaycanın dünyanın ən yaxşı yeməkləri siyahısında yer almamasının əsl səbəbini açıqlayıb:

“Bunun sadə bir səbəbi var. Azərbaycan Dövlət Turizm Agentliyi yarandığı gündən bəri Azərbaycan Milli Kulinariya Assosiyasiyasının və Mərkəzinin verdiyi heç bir təklifi dəstəkləmədi. Yüzlərlə məktublara ya “yox” cavabı verilib, ya da cavabsız buraxılıb. Nəinki dəstək verilməyib, hətta bu günə qədər maneçiliklər törədilib”.

Qeyd edək ki, dünyanın ən yaxşı yeməklərinin siyahısı açıqlanıb. Türkiyə ilə Güney Azərbaycan ilk onluqda yer alıb. Tanınmış diaspor aktivisti Bülent Gürcam ölkəmizin milli mətbəxinin bu siyahının ön sıralarında yer almamasından narahatlığını ifadə edərək, sosial şəbəkə hesabında Azərbaycan yeməklərinin təbliği ilə bağlı çağırış edib.

Cəvahir

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv