!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Metro bağlanıb, ekspress avtobusların sayı isə sərnişin tələbatını ödəmir” – Ekspertdən TƏKLİF

!Reklam – Yazi

“Bakı hüdudlarında 9 aparıcı prospekt və şəhərətrafı ərazilər üzrə müntəzəm fəaliyyət göstərən avtobusların sayı artırılmalıdır”.

Bunu karantin rejiminin sərtləşdirilməsi fonunda metronun fəaliyyətinin dayandırılması və yenidən ekspress avtobuslarına üstünlük verilməsinə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Aslan Əsədovun sözlərinə görə, ekspress avtobusların sayının artırılmasına yenə də ehtiyac var:

“Bu gün Azərbaycan xalqı biri görünən, digəri isə görünməyən iki düşmənlə eyni anda mübarizə aparır. Bunlardan biri ermənilərdirsə, digəri koronavirus təhlükəsidir. Son günlər virusa yoluxma statistikasının kəskin artması nəticəsində aidiyyatı qurumların öz fəaliyyətlərinə yenidən baxması başadüşüləndir.

Karantin rejiminin yenidən sərtləşdirilməsi məlum təhlükənin qarşısını almaq üçündür. Ona görə də insanlarımız bu qərarı anlayışla qarşılamalı və nəqliyyat vasitələrindən mümkün olduqca az istifadə etməlidirlər.

Əgər yoluxma hallarında müşahidə olunan artım davam edərsə, metronun fəaliyyətinə tətbiq olunan müvəqqəti məhdudiyyət uzadıla bilər. Çünki metronun işləməməsində əsas amil təhlükəsizliklə bağlıdır və bu, bir neçə dövlət qurumunun ortaq qərarıdır”.

Gülşən Şərif

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv