!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda havasızlıq PROBLEMİ: Kondisionerlər nəyə görə qatarları soyuda bilmir? - AÇIQLAMA

!Reklam – Yazi

Bu gün paytaxt Bakıda metrodan istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır. Xüsusən də vaxta qənaət, ünvana tez çatmaq və tıxac problemi ilə üzləşməmək üçün vətəndaşların çoxu metrodan istifadəyə üstünlük verir. Lakin əksər sərnişinlər qatarlarda kondisionerin işləməməsindən və ya ən aşağı səviyyədə işlək vəziyyətdə olmasından şikayətlənirlər. Bildirirlər ki, xüsusən də pik saatlarda sıxlıq yaşandığı halda kondisioner problemi sərnişinlərin halının pisləşməsinə, aqressiyanın yaranmasına səbəb olur.

Mövzu ilə bağlı Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında qeyd edib ki, vaqonda kondisioner varsa, mütləq şəkildə işlək vəziyyətdə olur. Hər gün günün istənilən saatında qatar xəttə çıxmadan öncə maşinist və mütəxəssislər bu vəziyyətə nəzarət edirlər:

“Kondisionerin işləməməsi və ya zəif işləməsi effektinin yaranmasının səbəbi odur ki, metropolitendə qatarlar təxminən 1.5-3 dəqiqədən bir stansiyalara daxil olur və qapı açılır. Bu halda evdə olduğu kimi, qapının açıq olması kondisionerin daha zəif effekt verməsinə yol açır. Kondisioner sistemi mikroiqlim nəzarəti sisteminin tərkib hissəsi olduğuna görə və avtomatik idarə olunması baxımından qapılar açılıb bağlanandan sonra məlum hərarət normativi dəyişir.

Biz dəfələrlə müraicət etmişik ki, belə hallarda sərnişinlər maşinist düyməsindən istifadə edərək kondisionerin tənzimlənməsini istəyə bilərlər. Bu halda maşinist avtomatik olaraq sərnişinin müraciətini yerinə yetirir. Müasir texnologiyaları bilən insanlar bilirlər ki, kondisioner qoşulandan sonra dərhal soyutma halı vermir. Minimum dərəcədə belə soyutma mərhələli şəkildə baş verir. Bu mexanizm metropoliten vaqonlarında da mövcuddur. Sərnişin axını nə qədər çox olarsa və qatarın qapısı nə qədər çox açılıb bağlanarsa, kondisionerin işləmə mexanizmi bir o qədər dəyişikliklə üzləşir. Ona görə də vaqondakı havanın bəzən tam normallaşmadığı müşahidə olunur. Qeyd edim ki, belə hallarda sərnişinlərin nəfəslikləri açması halları da baş verir. Bu isə salonun soyutma sisteminin normativlər həddində olmasına mane olur. Metropolitendə kondisionerin zəif işləməsi, texniki cəhətdən söndürülməsi kimi anlayışlar yoxdur və ola da bilməz. Kondisionerin işləməsi metropoliteni hansısa ifrat zərər və ya problemlə üz-üzə qoymur”.

Gülşən Şərif

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv