!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda nəzarət GÜCLƏNDİRİLDİ – SƏBƏB/ AÇIQLAMA

!Reklam – Yazi

“Qısamüddətli güclü yağışla əlaqədar Bakı metropolitenində əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb”.

Bunu Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, gün ərzində nəzarətin davam etdiriləcəyini bildirib:

“Qısamüddətli güclü yağışla əlaqədar Bakı metropolitenində əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb. Bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub.

Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib.

Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək”.

Cəvahir

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv