Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Metroda qatarın qapısı bağlanmadı-Video

89675Bakı Metropoloitenində qatar vaqonlarından birinin qapısı tam bağlanmadan hərəkət edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hadisə saat 08:15-də metronun “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyasına gedən istiqamətdə baş verib.

Belə ki, “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətində gedən qatar “20 yanvar” stansiyasında olarkən, sonuncu vaqonun qapılarından biri tam bağlanmayıb. Oradakı nəzarətçilər nə qədər çalışsalar da, qapını tam bağlaya bilməyiblər. Qapının tam bağlanmamasına baxmayaraq, qatar hərəkət eərək tunelə girib. Qapı aralı halda qatar “İnşaatçılar” stansiyasına qədər hərəkətini davam etdirib.

Məsələ ilə əlaqədar Bakı Metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün metroda heç bir nasazlıq qeydə alınmayıb.

“Ümumiyyətlə vaqonda hansısa qapıda nasazlıq olan zaman qatar yerindən tərpənməz. Bilmirəm bu hadisə necə olub, amma bu gün heç bir nasazlıq olmayıb”, – deyə Nəsimi Paşayev bildirib.

www.yenicag.az

246