!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda sərnişin sıxlığı və gecikən qatarlar: Hansı tədbirlər görülür? - AÇIQLAMA

!Reklam – Yazi

“Səhərlər interval 5 dəqiqəyədək artır”.

Yenicag.az xəbər verir ki, Məhsəti Ağayeva adlı vətəndaş metroda yaşanan sərnişin sıxlığına öz narazılığını bildirib.

Onun sözlərinə görə, qatarlararası intervalın uzun olması metrodan rahat istifadə etməyə imkan yaratmır:

“Qatarlar arasında interval 2 dəqiqə olmalıdır. Səhərlər interval 5 dəqiqəyədək artır. Dalbadal bir neçə dəfə “İçərişəhər” xətti üzrə qatar buraxırlar. Nəticədə “Dərnəgül” xətti ilə gedən sərnişinlər artır, bu da sıxlığa səbəb olur”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, stansiyalarda sərnişin sıxlığı müşahidə olunarsa, əlavə qatarlar xəttə buraxılır:

“Hazırda yeni tədris ilinin başlaması ilə bağlı Metropolitendə qatarların hərəkət qrafiki, stansiyalar üzrə infrastruktur, sərnişin sıxlığı, sərnişinlərin axın istiqamətləri və digər məsələlər üzrə davamlı şəkildə monitorinq işləri aparılır. Yeni tədris ilində tətbiq olunacaq iş rejimi və qrafik formalaşdırılır. Artıq avqust ayından fərqli olaraq, sentyabrın əvvəllindən ciddi sərnişin axını müşahidə olunur. Lakin istənilən halda, yay qrafiki ilə bağlı elan olunan vəziyyət qüvvədədir. Ehtiyat qatarlar mütləq şəkildə nəzərdə tutulub və gün ərzində zərurət yaranarsa, müəyyən istiqamətlər üzrə xəttə buraxılır. Bu tənzimləmə sadəcə pik saatlarda deyil, günün istənilən saatı üçün nəzərdə tutulub. Adətən, qatarlar daha çox “Dərnəgül” istiqaməti üçün buraxılır”.

Gülşən Şərif

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv