!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü qatarın altına atan gəncdən xəbər var - AÇIQLAMA/YENİLƏNDİ 2

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, metronun “Memar Əcəmi” stansiyasında bir kişi sərnişin stansiya yoluna düşüb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb:

“Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb”.

Məlumatda qeyd edilib ki, aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür: “Nəticədə “Yaşıl xətt” üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Qeyd edək ki, hadisə yerindən videolar sosial şəbəkələrdə yayılıb.

14:27

***

İntihara cəhd edən gənc oğlan qatar yolundan çıxardılıb. Onun ayağı xəsarət alsa da, ümumi vəziyyəti yaxşıdır. 

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, faktla bağlı araşdırma aparılır.

***

Əcəmi metrostansiyasında dəhşətli hadisə baş verib. Adı açıqlanmayan 17-18 yaşlarında şəxs intihara cəhd edib.

Hadisə yerində olan Yenicag.az-ın əməkdaşı bildirib ki, o, özünü qatar yoluna atıb.

İlkin məlumata görə, gənc sağdır.

Şahanə Paşa

 

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv