!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun “20 Yanvar” stansiyasında işıqlanma sistemi yeniləndi

!Reklam – Yazi

Bakı metropoliteni stansiyalarının işıqlanma sisteminin dövrün tələblərinə uyğun yenilənməsi çərçivəsində “20 Yanvar” stansiyasının platforma və vestibülündə yeni müasir və qənaətcil led lampalar quraşdırılıb.

Yenicag.az “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, hərəkətin təhlükəsizliyinə və sərnişindaşıma prinsiplərinə maneə törətməmək üçün işlər müvəqqəti işıqlanma təmin edilməklə, gecə növbəsində təşkil olunub.

Platforma tavanında enerji sərfiyyatı daha çox olan köhnəlmiş 72 Vt-lıq (biri 36 vatt olan cüt lampa) 128 lampa çıxarılıb. Onların əvəzinə 48 Vt-lıq panel formalı 96 led lampa düzülüb.

Vestibüldə də hər biri 36 vatt olmaqla 72 ədəd cüt lampa çıxarılmaqla əvəzinə 60 ədəd 48 Vt-lıq lampa quraşdırılıb.

Əlavə edək ki, “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir olunmuş bir platforması ilə yanaşı, son aylarda “Nizami” və “Elmlər Akademiyası” stansiyalarının da işıqlanma sistemi dəyişdirilib.

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv