!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun bu stansiyası bağlanır

!Reklam – Yazi

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O xatırladıb ki, “Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib: “Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə “Xətai” stansiyasını təmirə bağlayaq”.

N.Paşayev bildirib ki, hazırda “Sahil” stansyasında təmir işləri davam etdirilir: “Böyük ehtimalla “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra “Xətai” stansiyasını təmirə saxlaya bilərik”.

www.yenicag.az

3525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv