!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun “Həzi Aslanov” stansiyası təmirə bağlanır? - AÇIQLAMA

!Reklam – Yazi

“Metronun “Həzi Aslanov” stansiyasında çoxmərhələli təmir işlərinin başlanması 2023-cü ilin sonuna planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyanın əsaslı təmiri iki hissədən ibarət olacaq:
“Birinci mərhələdə stansiyanın dönmə kamerasında olacaq. Yəni qatarların dönüb geri qayıtdığı sahədə. Orada aparılan təmir işləri zamanı stansiya sərnişinlərin girişinə bağlanmayacaq. Lakin ikinci mərhələdə stansiyanın özündə təmir işlər başlananda bura sərnişinlər üçün bağlana bilər. Amma bu, qısa müddətdə olmayacaq, hələ o mərhələyə çox var”.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv