!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metropolitenin iş rejimində dəyişiklik edildi

!Reklam – Yazi

“Qarabağ” Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Bu barədə Yenicag.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv