!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məxfi məlumatların sızdırılması Ukraynanın əks-hücum kampaniyasını əngəlləməyəcək” – Amerikalı general

!Reklam – Yazi

“ABŞ Ukraynaya istər F-16 qırıcıları, istərsə də ATACMS taktiki raketləri və uzaqməsafəli dəqiq mərmilərlə yardım etməlidir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatlarını dəyərləndirən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sabiq komandanı, general Ben Hodces deyib.

Onun sözlərinə görə, Pentaqondan məxfi məlumatların sızdırılması Ukraynanın əks-hücum kampaniyasına mane olmamalıdır:

“Əslində, məxfi məlumatların sızdırılmasına görə boşluğa yol verən ABŞ Ukraynadan daha çox məyus olmalıdır. Bu məsələlər əks-hücum kampaniyasına mane olmamalıdır.

ABŞ Ukraynaya istər F-16 qırıcıları, istərsə də ATACMS taktiki raketləri və uzaqməsafəli dəqiq mərmilərlə yardım etməlidir. Bu dəstək Rusiyanı Krımı Ukraynaya raket zərbələrinin endirilməsi üçün bazaya çevirməkdən çəkindirə bilər.

Təsəvvür edin, Rusiya gəmiləri Qara dənizə çıxaraq Ukraynanı bombalayırlar və daha sonra limana qayıdırlar. Biz Ukraynaya Rusiyanın Qara dənizdəki hərbi donanmasını, yaxud da Krımdan buraxılan PUA-ları məhv etməyə niyə dəstək olmayaq?”

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv