!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meymun çiçəyi ilə bağlı fövqəladə vəziyyət ləğv edildi - ÜST

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus mətbuat konfransında meymun çiçəyi virsusu ilə bağlı məlumat verib.

Yenicag.az xəbər verir ki, o, virusla bağlı fövqəladə vəziyyətin sona çatdığını açıqlayıb.

“Meymun çiçəyi virusunun artıq qlobal sağlamlıq üçün fövqəladə hal olmadığını elan etməkdən məmnunam. Bununla belə, Covid-19 epidemiyasında olduğu kimi, xəstəliyin tamamilə bitdiyini deyə bilmərik”,- deyə Qebreisus bildirib.

Qebreisus meymun çiçəyi virusuna yoluxma hallarının əvvəlki üç aya nisbətən 90 faiz az olduğunu deyib.

Qeyd edək ki, Meymun çiçəyi virusu 2022-ci ilin iyul ayında dünyada sürətlə yayılmağa başlayıb. Buna görə, virusla bağlı fövqəladə vəziyyət elan olunub

Xəstəlik səbəbilə 11 ölkədə 140 min ölüm və 87 min yoluxma halı müşahidə edilib.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv