!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meymunçiçəyinin əsas əlamətləri - Bunları müşahidə etsəniz, dərhal... - VİDEO

!Reklam – Yazi

İngiltərə mütəxəssisləri meymunçiçəyi virusunun əsas əlamətinin bədənin dörd bölgəsində yaranan şişkinlik olduğunu bildirib.

Yenicag.az xəbər verirki, Britaniyalı həkim Devid Lloyd şişkinlik müşahidə etdikdə dərhal həkimə müraciət edilməli olduğunu bildirib:

“Bədəninizdə xəstəliyin bəzi xarakterik əlamətlərini görmüsünüzsə dərhal həkimə müraciət edin. Səpki və qızartı ilə yanaşı, şişkinlik də ən əhəmiyyətli əlamətlərdən biridir. Bu şişliklərin bədənin müəyyən yerlərində görünə bilər”.

İngiltərə Milli Səhiyyə Xidməti səlahiyyətliləri bu şişkinliklərin bədənin hansı bölgələrində göründüyü barədə açıqlama verib:

“Bu şişliklər boynun hər iki tərəfində, çənə altında, qoltuqaltı bölgəsində və qasıq ətrafında görülə bilər. Bu şişliklər ağrıya səbəb ola bilər. Bu virusun bel ağrısı, titrəmə kimi simptomları da mövcuddur. Yorğunluq da adi simtomlardandır”.

“Qaşınma və qızartı adətən ilk simptomdan sonra 1-5 gün ərzində baş verir. Qızartı və qaşınma ümumiyyətlə üzdən başlayır və bədənin digər hissələrinə yayılır. Sızanaq kimi şişliklərdə maye olur, daha sonra bu yaralar zamanla qabıqlayır və azalır”, – deyə məlumatda bildirilir.

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv