!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyvə ağacları yandı - Oğuzda / YENİLƏNDİ 

!Reklam – Yazi

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 hektar sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:54

Oğuz rayonunda meşədə yanğın olub.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos, quru ot və meyvə ağacları yanır. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv