!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyvə-tərəvəz bazarında fantastik qiymətlər – Bu meyvənin qiyməti nə zaman düşəcək?

!Reklam – Yazi

“Bu vaxtlarda meyvə-tərəvəzdə qiymətlərin bahalaşması təbii haldır. Çünki anbarlardakı meyvələr tükənir, eləcə də bazarlarda hansı məhsulun təklifi azalırsa və tələb təklifi üstələyirsə, bazar iqtisadiyyatının qanunlarına görə, bu məhsullar bahalaşmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


O, bazarda alıcılara fantastik qiymətlərlə təklif edilən bəzi mövsümi meyvə-tərəvəz məhsullarından söz açıb.

A.Nəsrili əmin olduğunu bildirib ki, bazarda azlıq təşkil edən məhsullara tələbat çoxdursa, bu məhsulların qiyməti qalxır.

“Alma, armud, mandarin, portağal və digər meyvələr 6-7 ay bundan əvvəl yığılıb və anbarlarda saxlanılıb. Həmçinin anbar xərclərinin çoxalması ilə yanaşı, hazırda bazarda tələb təklifi üstələyir. Ona görə də mövsümlə əlaqədar olaraq meyvə-tərəvəzdə qiymətlərin bahalaşması təbiidir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, indi yazın əvvəlidir deyə nübar meyvələr yavaş-yavaş çıxmağa başlayır:
“Məsələn, alça, çiyələk və digər meyvələrin hazırda nübar mövsümüdür. Bu meyvələr Azərbaycanda xüsusi şəraitlə yetirişdirilsə də, əsasən, xaricdən də idxal olunur. Biz görürük ki, qışda alçanın kilosu 600 manat idi. İndi isə 300-400 manata enib. Bir azdan isə kilosu 5-6 manata qədər düşəcək. Bu, bazar iqtisadiyyatının qanunudur və mövsümi olaraq hər il belə olur”.

“Vacib məsələ deyil ki, qışda 600 manatlıq alça yeyəsən. Onsuz da bu məsələlərdə mövsüm əsas amildir. Məsələn, bu gün xiyarla pomidorun qiyməti də ucuz deyil. Tutaq ki, 2.50 AZN-ə xiyar, 3-4 manata isə pomidor təklif edilir. Bir az keçəndən sonra isə pomidor və xiyarın qiyməti 70-80 qəpiyə düşəcək. Ona görə də indiki fantastik və absurd qiymətlər, əsasən, mövsümlə bağlıdır”, – deyə A. Nəsirli fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv