!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyvə-tərəvəz qiymətlərində HAZIRKI DURUM: "Təəssüf ki, bu, Rusiya bazarlarındakı..." - ŞƏRH

!Reklam – Yazi

“Məhsulların qiymət artımına gəlincə, çəkilən xərclər istər məhsulun, istərsə də xidmətlərin bahalaşmasında son qiymətə təsir göstərir”.

Bu fikirləri ölkə bazarlarında meyvə-tərəvəz qiymətlərinin hazırkı qiymətlərinə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

 

 

Onun sözlərinə görə, təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycan bazarındakı qiymətlər eyni zamanda Rusiya bazarlarında olan qiymətlərə alternativ olaraq tənzimlənir:

“Hazırda bazarda istixana və mövsümi meyvələr üstünlük təşkil edir. Belə bir yanaşma ilə məsələyə başlayaq. Məsələn gilası nümunə götürək.

Nəzərə almalıyıq ki, bu il yağıntıların miqdarı ötən illərlə müqayisədə daha çox oldu. Bu da bir çox məhsulların yığımına mənfi təsir göstərdi. Lakin bu proses hər hansısa qıtlığa təsir göstərmədi.

Bununla yanaşı məhsullar bazarda yetərincə görünməyə başladı. Həmçinin pomidorun həm istixana şəraitində, həm də açıq havada yetişdirilən növündə də qıtlıq problemi yaranmadı.

Məhsulların qiymət artımına gəlincə, bunu hər zaman vurğulamışam: çəkilən xərclər istər məhsulun, istərsə də xidmətlərin bahalaşmasında son qiymətə təsir göstərir. Bir-iki il bundan əvvəl ölkədə fermerlər öz məhsullarının əkinini həyata keçirmək üçün toxumları 3 qəpiyə alırdısa, bu gün bu qiymət 8 qəpik təşkil edir.

Həmçinin bu təsir məhsulun yetişdirilməsində çəkilən xərclərə aid edilir. Bu qiymət dəyişikləri digər sahələrə də sirayət edir: əmək haqqı sistemi, yanacaq, kommunal, daşıınmalar və s. Yəni xərclərdə ötən illərlə müqayisədə daha çox artım müşahidə edilir.

Digər bir nüans ondan ibarətdir: təəssüflər olsun ki, Azərbaycan bazarındakı qiymətlər eyni zamanda Rusiya bazarlarında olan qiymətlərə alternativ olaraq tənzimlənir. Məsələn, bizim bazarda olan pomidorun qiyməti Rusiya bazarlarına ixrac qiymətlərinə uyğunlaşdırılır.

Bu cür problemlərimizin olmasıma səbəb fermerlərimizin böyük əksəriyyətinin məhsullarını adıçəkilən ölkəyə ixrac etməsidir. Bunun da qiymətlərə təsirləri olmaqdadır.

Yay aylarında bizim onlara təqdim edəcəyimiz məhsulları qarşı tərəf daha ucuz qiymətə əldə edə bilir ki, bunun da səbəbi hazırda Rusiyada havaların əlverişli olmasıyla bağlıdır. Bu kimi istisna hallarda sözügedən ölkənin bizim məhsullara tələbi demək olar ki, qalmır. Bununla da yerli bazarlarımızda məhsulların qiymətləri nisbətən aşağı düşməyə başlayır”.

Yusif Səmədzadə

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv