!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Meyxanaçı Kərimin SON DURUMU: “Həkimlər möcüzə gözləyir” - Oğlundan AÇIQLAMA

!Reklam – Yazi

“Həkimlər möcüzə gözləyir…”

Bunu yataq xəstəsi olan tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə danışarkən oğlu Kamil Novruzov Yenicag.az-a açıqlamasında deyib.

Atasının səhhətində heç bir irəliləyiş olmadığını deyən Kamil müalicələrin də effekt vermədiyini bildirib:

“Atam mütəmadi müalicə olunur, amma təəsüf ki, sağlıq durumu ilə bağlı heç bir irəliləyiş yoxdur. Həkimlər möcüzə gözləyir. Yataq şəraitindədir, adətən danışmır. Özü yalnız gündəlik tələbatları üçün – yemək, su istəyəndə bizimlə kontakt qurur. Kimsə atamla danışmaq istəyəndə də yalnız bir halda cavab verir,  ancaq özü istəyəndə… Sənətlə bağlı söhbət açmaq istəyəndə, ümumiyyətlə heç nə eşitmək istəmir”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Cəvahir

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv