!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məzahir Pənahovun SEÇKİ ANONSU: “MSK sədri durub deyə bilməz ki, bu, olmayacaq” – REAKSİYA

!Reklam – Yazi

“Çünki Milli Məclisin indiki tərkibinin səlahiyyət müddətinin az qala yarısı tamam olub”.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan yerlərə yaxın vaxtlarda seçkilərin keçiriləcəyi haqda açıqlamasına münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, parlamentdə boş yer varsa, həmin yerlərə mütləq seçki keçirilməlidir:

“Məzahir Pənahov Milli Məclisdəki boş yerlərə seçkilərin keçiriləcəyini desə də, konkret vaxt göstərməyib. Həm də bu məsələni o həll etmir axı… Yaxşı, MSK sədri başqa nə deyə bilər ki?

Hər kəs bilir ki, parlamentdə boş yer varsa, həmin yerlərə mütləq seçki keçirilməlidir. Qanun bunu tələb edir. Məzahir Pənahov durub deyə bilməz ki, seçki olmayacaq.

Doğrudan da, maraqlıdır, boş yerlərə seçkilər nə vaxt keçiriləcək? Çünki Milli Məclisin indiki tərkibinin səlahiyyət müddətinin az qala yarısı tamam olub.

Digər tərəfdən, əgər seçkilər təşkil olunsa da, boş qalan yerlər uğrunda seçkidə iştirak etmək niyyətim yoxdur. Mən son seçkilərdə nəticələri gördüyüm üçün boş qalan yerlərə seçkilərin necə keçiriləcəyini təxmin edirəm”.

A.Zeynalov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv