!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Məzar”ı telekanallarda qazılan AZƏRBAYCAN MUSİQİSİ: “Efirin özü o mahnılardan daha bayağıdır”

!Reklam – Yazi

“Yalnız eybəcər formada atdanıb-düşmək, “puşduq” ritmində olan mahnıları populyarlaşdırıblar”.

Bu fikirləri telekanallarda və radiolarda bayağı mahnıların geniş təbliğ olunmasına münasibət bildirən tanınmış teleaparıcı Kamran Həsənli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu məsələdə telekanalların məsuliyyəti daha çoxdur:

“İnternetdə olan bayağı mahnılar efirlərə ayaq açmır, efirin özü bayağılaşıb. Rəhbərlik başda olmaqla, telekanallarda təmsil olunanlar o mahnılara qulaq asan, o təfəkkürdə olan adamlardır. Efirin özü o mahnılardan daha bayağıdır”.

Teleaparıcı bu gün Azərbaycan musiqisinin düşdüyü bərbd durumdan da danışıb:

“Musiqimizin bugünkü halı bərbaddır. Bu proses 10-15 il əvvəl başlayıb. Bizim efirlərdə ortaya çıxardığımız istedadların qarşısını kəsdilər. Bayağı müğənniləri pulla efirə çıxarıb, yalandan da dedilər ki, camaat onları istəyir.

Bu gün bizim musiqimizdən əsər-əlamət yoxdur, Azərbaycan musiqisi darmadağın olub. Söhbət bütün janrlardan – pop, rok, rep, caz, estrada, həm də klassik musiqimizdən gedir. Hamısını darmadağın ediblər.

Yalnız eybəcər formada atdanıb-düşmək, “puşduq” ritmində olan mahnıları populyarlaşdırıblar. Buna görə də Azərbaycan musiqisi hazırda yoxdur, məhv edilib”.

Cəvahir

www.yenicag.az

2284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv