“Microsoft” 10 milyard dollarlıq hərbi müqavilə imzaladı

“Microsoft” bulud texnologiyasına əsaslanan infrastruktur yaratmaq üçün Pentaqonla 10 milyard dollarlıq hərbi müqavilə imzalayıb.

Yenicag.az ICTnews-a  istinadən yazır ki, “Müdafiə Nazirliyi bulud texnologiyasına əsaslanan məlumat xidmətlərinin göstərilməsi üçün “Microsoft” korporasiyası ilə ümumi məqsədli kommersiya müqaviləsi imzalamaqla bulud strategiyamızı həyata keçirmək istiqamətində də daha bir addım atıb” – deyə nazirlikdən bildirilib.

Bu müqaviləni imzalamaq üçün digər nəhəng şirkətlər də mübarizə apardılar. Məsələn, “Amazon”, “Microsoft”, “IBM”, “Oracle” bulud infrastrukturunun yaradılması üçün 10 milyard dollarlıq müqavilə təklif edənlər arasında olublar.

COP29