!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mifoloji varlıq olan əjdahaya bənzəyən yeni canlı növü kəşf edildi - FOTO

!Reklam – Yazi

Cənub-şərqi Asiya ölkəsi olan Laosda mifolojik varlığa – əjdahaya bənzəyən yeni kərtənkələ növü kəşf edilib.

Yenicag.az xəbər verir ki, 2022-ci ildə kəşf edilən canlı növü ilə bağlı geniş məqalə “Zoological Research” elmi jurnalında yayımlanıb.

Laosun Xammouane əyalətində turistləri gəzdirən bələdçi tərəfindən təsadüfən aşkarlanan kərtənkələ araşdırmaçılar tərəfindən yaxalanıb.

Araşdırma nəticəsində kərtənkələnin yeni növ olduğu üzə çıxıb və ona “Laodracon carticola” adı verilib.

Üçbucaq şəkilli kəlləyə sahib olan bu növün uzunluğu 101 millimetrdir, ətrafları incə və uzundur. Dərisi isə ona işıq və kölgələri istifadə edərək olduğu mühitə adaptasiya olunmasına kömək edir. Beləliklə, bu kiçik əjdahalar hərəkət etmədikləri zaman görünmürlər.

www.yenicag.az

4046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv