Mikayıl Cabbarov: “Keçən il vergi yığımında kəsrlər əmələ gəlib”

2017-ci il Dövlət büdcəsinin müzakirəsindən sonra vergilər naziri Mikayıl Cabbarov və maliyyə nazirinin müavini Azər Bayramov çıxış ediblər.

Yenicag.az bildirir ki, onlar millət vəkillərinin irad və təkliflərinin hamısını bir-bir qeyd etdiklərini və araşdıracaqlarını vurğulayıblar.

Mikayıl Cabbarov çıxışında qeyd edib ki, keçən ilin sonuncu rübündə vergi yığımında müəyyən kəsrlər yaranıb. O, bununla belə, yeni ilin ilk rübündən başlayaraq bu sahədə artım müşahidə olunduğunu deyib.

COP29